Tinatin Berdzenişvili - bu gün sabah harada olacağımızı görməliyik, əksi təqdirdə medianın transformasiyası uğursuz olacaq
Tinatin Berdzenişvili - bu gün sabah harada olacağımızı görməliyik, əksi təqdirdə medianın transformasiyası uğursuz olacaq

 

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili Avropa Yayım İttifaqının media sammitində çıxış edib. Tədbirə mayın 23-24-də Türkiyənin İstanbul şəhərində TRT teleşirkəti ev sahibliyi edir.

Tinatin Berdzenişvili rəqəmsal transformasiyanın inkişafı haqqında danışıb, həmçinin İctimai Yayımçının yeni binaya köçürülməsi prosesi və rəqəmsal çağırışlarla bağlı təcrübəsini avropalı həmkarları ilə paylaşıb. Paneldə İctimai Yayımçının baş direktoru ilə birlikdə, müxtəlif Avropa ölkələrinin İctimai Yayımçıların nümayəndələri, o cümlədən “BBC”-nin Texnologiyalar rəhbəri, Türkiyənin İctimai Yayımçısının (TRT) Rəqəmsal Media Direktoru və həmçinin Avstraliya Yayımçılıq Korporasiyasının (ABC) Yerli və Regional Yayımçı direktoru iştirak edib.

“Transformasiya bizə gələcəkdə medianı inkişaf etdirməyə və mövqeləndirməyə imkan verən istəkdir. Rəqəmsal aləmlərdə proseslər sürətlə inkişaf edir, müvafiq olaraq burada zaman çox vacib ölçüdür. Bu gün sabah harada olacağımızı görməliyik, əksi təqdirdə medianın transformasiyası uğursuz olacaq, bu isə zəruri şərtdir, çünki rəqəmsal əsrin tamamilə yeni çağırışları var” -deyə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili bildirib.

EBU-nun Media Sammiti və Assambleyaları Avropa Yayım İttifaqının aparıcı media liderləri üçün təcrübə mübadiləsinin unikal imkanıdır. Bu, pandemiya səbəbindən son iki il ərzində üzbəüz işləmək üçün ilk fürsətdir.