Terjolanın Hərarət Mərkəzində pasiyentin yeni növ koronavirusa yoluxması təsdiqlənməyib
Terjolanın Hərarət Mərkəzində laboratoriyadan bir pasiyentlə bağlı analiz cavabını alıblar,cavab mənfidir və onun yeni növ koronavirusa yoluxması təsdiqlənməyib.
Bu barədə Gürcüstanın Birinci Kanalına klinikanın direktoru,Lado Kepuladze bildirib.
Kepuladzenin sözlərinə görə,tibb müəssisəsinə qızdırma ilə bir nəfər müraciət edib.Ondan tədqiq olunmaq üçün nümunə götürülüb və laboratoriyaya göndərilib.
Hazırladı-Sevinc Mustafayeva