Tennis | Saba Purtseladze Şarm Əl-Şeyx Beynəlxalq Turnirinin qalibidir #1TVSPORT
Tennis | Saba Purtseladze Şarm Əl-Şeyx Beynəlxalq Turnirinin qalibidir #1TVSPORT

Gürcüstanlı tenisçi Saba Purtseladze Misirdə keçirilən Şarm Əl-Şeyx beynəlxalq turnirinin qalibi olub. Finalda Purtseladze polşalı Martin Pavelskini üç setdə 3:6, 6:3, 7:6 (10:8) hesabı ilə məğlub edib.

22 yaşlı gürcü tenisçi yarışda dördüncü sırada yer alıb. Finala gedən yolda o, dörd misirli idmançıya qalib gəlib. Rəqibinə gəlincə, Pavelski turnirin altıncı nömrəsi olub.

Hazırda Saba Purtseladze peşəkar kişi tenisçilərin təsnifatında 459-cu yer tutur. Bazar ertəsi ATP reytinqini yeniləyəcək və çox ehtimal ki,o,bir neçə yerlə irəliləyəcək. Bu gürcü tenisçiləri arasında ən yaxşı göstəricidir.