Tenqiz Tsertvadze vətəndaşlara müraciət edir ki, pasxa bayramını rekomendasiyaları nəzərə alaraq, keçirsinlər
Tenqiz Tsertvadze vətəndaşlara müraciət edir ki, pasxa bayramını rekomendasiyaları nəzərə alaraq, keçirsinlər

Tbilisi İnfeksiya Xəstəxanasının rəhbəri Tenqiz Tsertvadze vətəndaşlara müraciət edir ki, pasxa bayramını rekomendasiyaları nəzərə alaraq, keçirsinlər.

Tenqiz Tsertvadze xüsusi diqqəti tibbi maskaların taxılması zərurətinə yetirdi.

“Əhalinin tənqidinə səbəb olan məhdudiyyət sadəcə 3 gün qəbristanlığa gedə bilməyəcəkləridir. Əsas olan isə, liturgiyalarda tibb maskaların taxılması və sosiyal məsafənin qorunmasıdır.

Tibbi maskanın taxılması göstəricisi 40-dan 70 faizə qalxdı, ancaq 90 faizə çıxsa daha çox sevinərəm. Tibbi maskalar taxılsa, insanların kilsələrdə yığılmasının mənfi nəticələri olmayacaq. Bizi tibbi maskalar qoruyacaq, vaksinasiya isə, pandemiyayı məğlub edəcək”, – dedi Tenqiz Tsertvadze.