“Telegraph” – Zelenskiyə NATO-dan “imkansızı” tələb etməmək barədə xəbərdarlıq ediblər
“Telegraph” – Zelenskiyə NATO-dan “imkansızı” tələb etməmək barədə xəbərdarlıq ediblər

 
“Telegraph”ın məlumatına əsasən, Ukraynanın Prezidenti Volodimir Zelenskiyə NATO-dan “imkansızı” tələb etməmək barədə xəbərdarlıq ediblər. Nəşrin yazdığı kimi, Ukraynanın NATO-nun builki sammitində, Rusiya ilə müharibədə NATO-nun mümkün iştirakı təhlükəsi səbəbindən Şimali Atlantika Alyansına qoşulma yolunda irəliləyişi olmayacaq.

“Telegraph”ın məlumatına əsasən, Almaniya və ABŞ 75-ci sammitdə Kiyev üçün dəqiq müddətlər təklifinə artıq öz etirazlarını bildiriblər. Nəşrin mənbəyə istinadən qeyd etdiyi üzrə, “Amerika Birləşmiş Ştatları ola bilsin Almaniya qədər narahat deyil, lakin alyansın digər üzvlərinə yönəlik rus təhdidləri ilə bağlı müəyyən narahatlıq var”.

Nəşr hesab edir ki, bu, qərbli həmkarları tərəfindən alyansdan “imkansızı” tələb etməmək barədə xəbərdarlıq edilən Volodimir Zelenski üçün məyusedici ola bilər.

Qeyd etmək lazımdır ki, Ukraynanın Prezidenti keçən ilin NATO sammitində alyans liderlərinin Kiyevi NATO-nun tamhüquqlu üzvü olmağa dəvət etməkdən imtina etdiyi vəziyyəti “cəfəngiyyat” adlandırmışdı.

“Telegraph”ın qeyd etdiyi kimi, iyulun 9-11-də Vaşinqtonda keçiriləcək builki sammitdə Ukraynaya prosesə bir növ dəstək olaraq konkret tarix müəyyən edilmədən üzvlük üçün konkret “yol” və ya “körpü” təklif edəcəklər.