Telavidə “Xarici təsirin şəffaflığı” qanun layihəsinə qarşı aksiya keçirilib
Telavidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı aksiya keçirilib.
Aksiyanın iştirakçıları üzərində “Rus qanununa yox” yazılmış plakat aparmışdılar.
Qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların nümayəndələri, o cümlədən “Milli Hərəkat”ın bir neçə lideri də aksiyada iştirak edirdi.
Aksiyanın təşkilatçıları çıxışlarında hakimiyyəti Rusiyanın maraqlarını həyata keçirməkdə ittiham ediblər və qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, Avropa gələcəyini itirmək təhlükəsindən danışıblar.
Aksiyanın iştirakçıları daha sonra yürüşlə Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların xatirə abidəsinə gediblər.