Təl-Əviv və Qüdsdə toplaşan yüzlərlə nümayişçi Qəzzada girovların azad edilməsini tələb edib
Təl-Əviv və Qüdsdə toplaşan yüzlərlə nümayişçi Qəzzada girovların azad edilməsini tələb edib

Təl-Əviv və Qüdsdə toplaşan yüzlərlə nümayişçi Qəzzada girovların azad edilməsinə razılıq verilməsini tələb edib. Girovların ailə üzvləri İsrailin baş nazirini sazişi tamamlaya bilməyəcəyi təqdirdə istefaya çağırır.

Nümayişçilərin əllərində İsrail bayraqları və girovların şəkilləri vardı. Onlar sazişin tezliklə imzalanmasını istədiklərini səsləndiriblər.

Etirazçılar həmçinin Qəzzada HƏMAS-la müharibələr və Livanda Hizbullahla gərginliyin artması da daxil olmaqla hökumətin siyasətini tənqid ediblər.

“Masada girovların azad edilməsi ilə bağlı razılaşma var və Netanyahu qəsdən ona qarşı məqsədyönlü hücum təşkil edir. O, insanların həyatını xilas edəcək razılığa gəlmək əvəzinə vəziyyəti gərginləşdirməyə üstünlük verib. Netanyahu girovları tərk edən qəddar, ürəksiz bir insandır”, – mitinqdə iştirak edən girovlardan birinin ailə üzvü deyib.