Təhsil Nazirliyi - Müəllimlərin könüllü vaksinasiyası Gürcüstan miqyasında fəal şəkildə davam edir
Təhsil Nazirliyi - Müəllimlərin könüllü vaksinasiyası Gürcüstan miqyasında fəal şəkildə davam edir

Məktəblərdə təhlükəsiz mühitin təmin edilməsi üçün, ölkə miqyasında müəllimlərin və məktəb əməkdaşlarının imunizasiya prosesi yerli klinikalarda fəal şəkildə davam edir, – bu barədə Gürcüstanın Təhsil Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.

“Hazırda vaksinasiya Şida-Kartli məktəblərinin müəllimlərinə keçirilir, hansılar  həmkarlarına müraciət edirlər ki, daha fəal olsunlar və vaksinasiyadan qaçınmasınlar. Onlar istəyirlər ki, şagirdlər tədris ilini məktəb siniflərində başa çatdırsınlar, bu isə, sadəcə məktəb ictimaiyyətinin imunizasiyası yolu ilə mümkündür”, – deyilir Nazirliyin məlumatında.

Nazirlikdə bəyan edirlər ki, müəllimlərin və məktəb personalının vaksinasiyası könüllüdür və sadəcə müəyyən yaş qrupu üçün əlyetərlidir.

Vaksinasiya edilmək istəyənlər nazirliyin portalında qeydiyyatdan keçə bilərlər.