İranın paytaxtı, Tehranda polis ilə qarşıdurma zamanı 300-ə qədər insanı yaxaladılar.
Toqquşma hüquqmühafizəçilər və sufi ictimaiyyəti arasında baş verdi.
İran polisinin mətbuat spikerinin məlumatına görə, sufi ictimaiyyəti üzvləri polislərə bıçaqlarla hücum etdilər.
Toqquşma zamanı 30-ə qədər polis işçisi xəsarət aldı.
Qarşıdurma artıq bir neçə dəfədir baş verir. Ümumilikdə 5 nəfər polis işçisi həlak oldu.