Tedros Adhanom Ghebreyesus - poliomielit virusu Qəzza zolağında aşkar edilib, tez qabaqlayıcı tədbirlər görülməsə, xəstəliyin uşaqlar arasında yayılması riski var
Tedros Adhanom Ghebreyesus - poliomielit virusu Qəzza zolağında aşkar edilib, tez qabaqlayıcı tədbirlər görülməsə, xəstəliyin uşaqlar arasında yayılması riski var

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzza zolağında poliomielitin aşkar edildiyini açıqlayıb. Qebreisusun sözlərinə görə, tez bir zamanda qabaqlayıcı tədbirlər görülməsə, xəstəliyin uşaqlar arasında yayılması təhlükəsi var.

“Qəzzada poliomielit xəstəliyinin aşkarlanması əhalinin düşdüyü ağır şəraiti daha bir xatırladır. “Davam edən münaqişə poliomielit kimi təhlükələri aşkar etmək və onlara cavab vermək səylərini əngəlləyir.” – X sosial şəbəkəsində Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri yazır.

O, yazısına Fransanın “Le Monde” nəşrində dərc etdirdiyi məqaləni əlavə edib və orada poliomielit virusunun Qəzzada tullantı sularında aşkar edildiyini qeyd edib. Onun sözlərinə görə, insanlarda hələ də poliomielit xəstəliyi qeydə alınmasa da, təcili tədbirlər görülməsə, xəstəliyin minlərlə həssas uşağa keçməsi an məsələsi olacaq.

Tedros Adhanom Ghebreyesusun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin uşaqlara keçməsinin qarşısını almaq üçün yaxın həftələrdə Qəzzaya bir milyondan çox peyvənd göndərəcək.