Tea Sulukiani - heç kim heç yerə getmir, Giorgi Qaxariya baş nazir olaraq komandamızı yekun qələbəyə qədər aparacaq
Tea Sulukiani - heç kim heç yerə getmir, Giorgi Qaxariya baş nazir olaraq komandamızı yekun qələbəyə qədər aparacaq

Heç kim heç yerə getmir, Giorgi Qaxariya Gürcüstanın baş naziridir və baş nazir olaraq komandamızı yekun qələbəyə qədər aparacaq, – bu barədə baş nazir müavini, Ədliyyə naziri, Tea Sulukiani bəyan etdi.

Sulukiani Giorgi Qaxariyanın istefası barəsində dünən yayılan məlumatı saxta məlumat, feyknyus adlandırdı. Bununla yanaşı qeyd etdi ki, feyknyuslar onun barəsində də yayılır.

“Saxta məlumat, feyknyus son günlərdə təəssüflər olsun yalnız Gürcüstanın deyil, bütün dünyaın, qədim demokratiya ölkələrinin problemi oldu. Son günlərdə biz saxta məlumat dinləyirdik sanki Tea Sulukiani Konstitusiya Məhkəməsinə gedir, bu feyknyusdur. Sonra biz saxta məlumat dinlədik ki, Tea Sulukiani Parlamentin sədri vəzifəsinə gedir. Bu da feyknyusdur. Dünən isə, Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın istefası barəsində müxalift və müxtəlif media vasitələri ilə yaradılmış feyknyusu dinlədik. Heç kim heç yerə getmir. Giorgi Qaxariya Gürcüstanın baş naziridir və baş nazir olaraq komandamızı 31 oktyabrda keçiriləcək seçkilərdə yekun qələbəyə qədər aparacaq. Biz hamımız olduğumuz və gördüyünüz yerdə qalırıq”, – Tea Sulukiani hökumət iclasının başa çatmasından sonra jurnalistlərə bəyan etdi.