Tea Axvlediani Gürcüstan Azərbaycanlılarını Novruz Bayramı münasibəti ilə Marneulidən təbrik etdi
Tea Axvlediani Gürcüstan Azərbaycanlılarını Novruz Bayramı münasibəti ilə Marneulidən təbrik etdi

Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri Tea Axvlediani Gürcüstan Azərbaycanlılarını Novruz Bayramı münasibəti ilə Marneulidən təbrik etdi.

Dövlət naziri Marneuli ictimai məktəbində keçirilən bayran tədbirinə qonaq oldu.

Tədbir çərçivəsində Novruz Bayramı mövzusu ilə bağlı rəsm sərgisi keçirildi və gürcü və Azərbaycan xalq musiqiləri ifa edildi.

“Mənim üçün fəxrdir ki, bu gün ilk dəfə Dövlət Naziri ranqında əziz, etnik Azərbaycanlı vətəndaşlarımızı təbiətin oyanışının və yeniliyin simvolu olan Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Gürcüstanın etnik azlıqları ölkəmizin ən önəmli zənginliklərindən və dəyərlərindən biridir. Əziz həmvətənlərimizə sevinc və xöşbəxtlik arzulayıram”, – dedi Tea Axvlediani.