Tbilisinin sabiq meri Davit Narmania meriya işçilərinə təşəkkür etdi
Tbilisinin sabiq meri Davit Narmania, meriya əməkdaşlarına, onunla bərabər həyata keçirdikləri işlərə görə təşəkkür etdi.
Narmania, meriyada çalışmağa davam edən insanlara müvəffəqiyyət arzuladı.
Sabiq merin dediyinə görə, meriya əməkdaşlarının bir hissəsi burada çalışmağa davam edəcək, digər hissəsi isə, müxtəlif idarələrə keçiriləcək.
Fəaliyyətini harda davam etdirəcəyi barədə suallara Narmania cavab vermədi.
“Bir-iki həftə istirahət edəcəm. Qərarımı verdikdən sonra, ictimaiyyətə də məlumat verəcəm” – dedi sabiq mer.