Tbilisi Nəbatat Bağında 100 sakura basdırıldı
Tbilisi Nəbatat Bağında 100 sakura basdırıldı

Yaponiya Səfirliyi Tbilisi Meriyasına 100 sakura ağacını hədiyyə verdi. Ağacları Tbilisi Nəbatat Bağına paytaxtın meri və yaponiya səfiri birgə basdırdılar.

Kaxa Kaladzenin bəyan etdiyinə görə, layihə iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinə imkanlar yaradacaq.

“Yaponiya Səfirliyi tərəfindən 100 ədəd sakura ağacı verildi. Yaponiya hökumətinə, Səfirliyinə və səfirə minnətdarlığımı bildirmək istəyirəm. Ölkələrimiz arasında olan əlaqələr çox əhəmiyyətlidir və əminəm ki, bu əlaqələr gələcəkdə daha da dərinləşdiriləcək. Yaponiya böyük mədəniyyəti olan ölkədir və Nəbatat Bağında həyata keçirilən bu layihə sevindiricidir”, – Kaxa Kaladze bəyan etdi.