"Tbilisi Energy" - partlayış baş verən mənzildə təmir işləri aparılırmış, ehtimal ki, səhlənkarlıq və avadanlıqların özbaşına sökülməsi ilə qarşı-qarşıyayıq
"Tbilisi Energy" - partlayış baş verən mənzildə təmir işləri aparılırmış, ehtimal ki, səhlənkarlıq və avadanlıqların özbaşına sökülməsi ilə qarşı-qarşıyayıq

 
“Tbilisi Energy” -də bildirirlər ki, Diğomidə baş verən partlayışın səbəbini müəyyən etmək üçün hadisə yerində ekspertlər işləyirlər.

“Diğomi massivində baş verən partlayışda insan tələfatı olmayıb.

Ekspertlər partlayışın səbəbini müəyyən etmək üçün hadisə yerində işləyirlər.

Mənzildə təmir işlərinin aparıldığına dair məlumat dəqiqləşdirilib. İlkin məlumata görə, səhlənkarlıq və avadanlıqların özbaşına sökülməsi və ya yerinin dəyişdirilməsi ilə qarşı-qarşıyayıq.

Mütəxəssislərin yekun rəyindən sonra geniş açıqlama veriləcək.

Qaz qurğularının daşınması zamanı diqqətli olun, təmir vaxtı rezin qaz borusunun zədələnməsi hallarına çox tez-tez rast gəlinir” – deyə şirkətdən bildirilib.