Tayvanda zəlzələ dağıntıya səbəb oldu
Tayvanda zəlzələ dağıntıya səbəb oldu

Tayvanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar nəticəsində otel binası uçub.

Otelin Xualyan bölgəsində yerləşdiyi bildirilir.Zəlzələ zamanı xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Zəlzələ yerli vaxtla saat 23:50-də adanın şimal-şərqində yerləşən Xualyan şəhərinin yaxınlığında qeydə alınıb.

Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.