Tamar Qabunia - "Sinofarm" ilə vaksinasiya yaxında başlayacaq və əminik ki, yaxın günlərdə, vaksina ÜST-dən də avtorizasiya alacaq
Tamar Qabunia - "Sinofarm" ilə vaksinasiya yaxında başlayacaq və əminik ki, yaxın günlərdə, vaksina ÜST-dən də avtorizasiya alacaq

Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabunianın dediyinə görə, yaxın günlərdə, daha öncə anons edildiyi kimi, “Sinofarm” vaksinası ilə vaksinasiya başlayacaq və yaxın günlərdə vaksina Ümumdünya Səhiyyə Təşkilatından da avtorizasiya alacaq.

Onun dediyinə görə, təşkilat tərəfidən cavabın gecikdirilməsi Gürcüstanda “Sinofarmın” istifadə prosesini dayandırmayacaq.

Tamar Qabunia bəyan edir ki, “Sinofarm” 35 ölkədə avtorizasiya edilib və onun təhlükəsizliyi ilə bağlı heç bir sual işarəsi yoxdur.

“ÜST-ün ilkin rekomendasiyaları bu gün ya da sabah veriləcək. Bəlkə də təşkilatın cavabına daha çox vaxt lazım ola bilər, ancaq “Sinofarmın” keyfiyyəti ilə bağlı heç bir ölkədə sual işarəsi yaranmayıb və cavab gələnə qədər, Gürcüstanda vaksinanın istifadəsi başlayacaq”, – dedi Tamar Qabunia.