Tamar Qabunia - Çinin "Sinofarm" vaksinasından dünyanın onlarca ölkəsi istifadə edir və onunla 40 milyon insan peyvənd edilib
Tamar Qabunia - Çinin "Sinofarm" vaksinasından dünyanın onlarca ölkəsi istifadə edir və onunla 40 milyon insan peyvənd edilib

Çin istehsalı olan “Sinofarm” vaksinasından dünyanın onlarca ölkəsi istifadə edir və onunla 40 milyon insan peyvənd edilib, – bu bəyanatı Səhiyyə Nazirinin müavini Tamar Qabunia verdi.

Qabunianın dediyinə görə, vaksina ilə bağlı aparılan tədqiqatlar çox yaxşı nəticələr göstərir və onun saxlanılması üçün xüsusi şəraitlər də gərəkmir.

“Bu vaksina da imunizasiya proqramımıza əlavə olunacaq  və digər vaksinlərlə bərabər, plana müvafiq şəkildə istifadə olunacaq”, – dedi Tamar Qabunia.

Gürcüstana 100 000 doza “Sinofarm” vaksinası bu gün gətirildi.