Tamar Qabunia - Dərmanların qiymətinin artması diqqətə layiqdir
Tamar Qabunia - Dərmanların qiymətinin artması diqqətə layiqdir

Dərmanların qiymətinin artması əlbəttə ki bizim üçün problemdir, – bu bəyanatı Səhiyyə Nazirinin müavini Tamar Qabunia Səhiyyə sektorunda dərman qiymətlərinin 21.2 faizlə artması ilə bağlı verdi.

Onun dediyinə görə, qiymətlərin artmasına görə, Səhiyyə proqramına müəyyən düzəlişlər əlavə ediləcək ki, əhali üçün medikamentlər əlyetərli olsun.

“Qiymətlərin artması daimi prosesdir və buna cavab olaraq, proqramlara düzəlişlər əlavə edəcəyik ki, insanlar üçün dərman ala bilmək promlem olmasın, ancaq sadəcə Səhiyyə Nazirliyinin səviyyəsində bu problem həll edilə bilməyəcək”, – dedi Tamar Qabunia.