Tamar Qabunia - 17 yaşlı qızın vəfatı koronavirusla bağlı deyil, belə dezinformasiya yaymaq isə, cinayətə bərabərdir
Tamar Qabunia - 17 yaşlı qızın vəfatı koronavirusla bağlı deyil, belə dezinformasiya yaymaq isə, cinayətə bərabərdir

17 yaşlı qızın vəfatı koronavirusla bağlı deyil. Təcili Tibbi yardımın reaksiyası tez və gərəkdiyi kimi idi, ancaq təəsüf ki, yardım gedənə qədər letal nəticə artıq baş vermişdi.

Gənc qızın ölümünə nəyin səbəb olduğu öyrəniləcək, – bu bəyanatı Səhiyyə Nazirinin müavini Tamar Qabunia koordinasiya şurasının iclasından sonra verdi.

Qabuniya bəzi medya-vasitələrində yayılan məlumata səsləndi, hansılarına görə, 17 yaşlıq qız koronavirusdan həlak oldu və qeyd etdi ki, bu dezinformasiyadır.

“Bu növ dezinformasiyaların məqsədi, onsuzda gərgin vəziyyətdə əhalidə panika yaratmaqdır ki, bu da cinayətə bərabərdir.

Bu vəziyyətdə əsas olan sakitliyi və sağlam düşüncəyi qorumaqdır. Belə dezinformasiyalardan baş qaçırdmalıyıq və hər bir yanlış məlumat yayıldıqdan sonra, çıxıb doğruyu açıqlayacağıq” – dedi Tamar Qabunia.