Sven Mikser-müxalifət üzvlərinin parlamentə daxil olmaması məyusedici  olacaq
Sven Mikser-müxalifət üzvlərinin parlamentə daxil olmaması məyusedici  olacaq

 

Müxalifət üzvlərinin parlamentə daxil olmaması məyusedici  olacaq. Danışıqların parlament daxilində aparılmasının   parlamentin xaricində aparılmasından daha  demokratik olduğuna inanıram- bu barədə  Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında Avropa Parlamentinin deputatı Sven Mikser  bildirib. 

“İlk növbədə, Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının səfirlərinə təşəkkür etmək istəyirəm, çox əla iş görürlər. Onlar martda keçirilən diskussiyalarda  və seçkidən sonrakı danışıqlar prosesində böyük rol oynadılar. İndi isə elə bir nöqtədəyik ki, parlament  sabah toplanır ,  müxalifətin əhəmiyyətli bir hissəsi isə  boykot elan edir. Onlar həmçinin mandatlarından imtina etməyi planlaşdırırlar , bundan sonra mandatları ləğv etmək ya da qapını açıq qoymaq  hakim partiyadan asılıdır.

Ümid edirəm ki, bizim və amerikalı diplomatların işi davam edəcək, çünki müxalifət üzvlərinin parlamentə daxil olmaması məyusedici  olacaq.Danışıqların parlament daxilində aparılmasının   parlamentin xaricində aparılmasından daha  demokratik və sadə olduğuna inanıram ” -deyə Sven Mikser bildirib.