Svanetidə Latali kəndində baş verən yanğının likvidasiya işlərinə helikopter qoşulub
Svanetidə Latali kəndində baş verən yanğının likvidasiya işlərinə helikopter qoşulub

Svanetidə Latali kəndində baş verən yanğının likvidasiya işlərinə Daxili İşlər Nazirliyinin sərhəd polis helikopteri qoşulub.

Fövqəladə halların idarəedilməsi xidmətinin məlumatına görə, yerli diri qüvvələrə dünən gecə saatlarında Fövqəladə Halların İdarəedilməsi xidmətinin İmereti və Tbilisi əməkdaşları qoşuldular.

Bu vaxt üçün hadisə yerində, xüsusi avadanlıqla təchiz olunmuş 150 yanğın söndürən səfərbər olunub.

Yanğının likvidasiya işlərinə yanğın və xilasetmə departamentinin rəhbəri  Davit Suxişvili rəhbərlik edir.

Svanetidə yanğın, oktyabrın 19-da likvidasiya edilən yanğından biraz aralı məsafədə, dağın yamacında baş verib.