Strasburqda Demokratiyanın altıncı Dünya Forumunu təntənəli şəkildə “Şavnabada” ansamblı açdı.
Ansambl Avropa Şurasının Sarayında forumun iştirakçısı olan avropalı liderlər, ictimai xadimlər və yüzlərcə gəncin qarşısında təqdim olundu. Saat yarımlıq konsert proqramından “Şavnabadaya” 20 dəqiqə ayrıldı.
Əsas alqışlara Avropa İttifaqının himninin fərqli yerinə yetirilməsi layiq görüldü. Ludviq Van Bedhovenin doqquzuncu simfoniyasının son hissəsinin yeni versiyasını bəstəkar Mişa Mdinaradze işləyib hazırladı.
Gürcü ifaçılarının görünməsini auditoriya uzunmüddətli ovasiyalarla qarşıladı. Forumun iştirakçılarının dəyərləndirməsinə görə, bu harmoniyanın, birliyin, vahidliyin həqiqi bayramı idi.
“Şavnabada” Dünya Forumuna Tbilisi Politexnik Təlim Məktəbinin təşəbbüsü və Avropa Şurasının dəvəti ilə getdi