STOP COVİD mobil tətbiqindən necə istifadə edək-video təlimat

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Covid 19-un erkən aşkarlanması və qarşısının alınması məqsədi ilə  mütərəqqi  mobil tətbiq   STOP COVID yaradılıb.Bu barədə   Hökumət  Administrasiyası   məlumat yayır.

Hökumət Administrasiyasından verilən məlumata  görə, STOP COVİD mobil tətbiqi  kontaktda olan şəxslərin vaxtındaca məlumatlandırılması yolu ilə virusun yayılmasının qarşısını almağa imkan yaradır. Aplikasiya(mobil tətbiq) istifadəçiyə  Covid 19-a  yoluxmuş şəxslə kontaktda olub-olmamasını öyrənməyə imkan  yaradır.

Səhiyyə Nazirliyinin  təşəbbüsü ilə, mütərəqqi mobil tətbiq  İOS və android istifadəçiləri üçün əlçatandır. Mobil tətbiqi yazmaq  üçün  İOS istifadəçiləri  App Store-da STOP COVİD yazmalıdırlar,android istifadəçiləri isə bunu Google Play –dən NOVID20  adı  ilə yaza bilərlər.Köçürüləcək olan əlavə linklər  Səhiyyə Nazirliyinin  veb səhifəsinə www.moh.ge –yə  və həmçinin hökumət tərəfindən yaradılmış  xüsusi  veb səhifəyə  www.stopcov.ge –yə  yerləşdirilib.

Mobil tətbiq yükləndikdən və quraşdırıldıqdan sonra qeydiyyat tələb etmir.Müvafiq olaraq istifadəçilər şəxsi məlumatları  göstərəsi olmurlar. Mobil tətbiq hər bir istifadəçi üçün  unikal İD yaradır,onun vasitəsi ilə sosial kontaktlar müəyyən olunur. Bütün məlumatlar güclü   kodlama sistemindən istifadə edərəkdən   mobil  telefonda saxlanılır. İstifadəçilər məlumatlarına tam nəzarət edir və nə vaxt və hansı məlumatları açıqlamaq istədikləri barədə özləri  qərar verə bilərlər. Sistem, məlumatların qorunması üzrə Avropa qanunvericiliyinə uyğunluğa xüsusi diqqət yetirir.

Bluetooth, GPS və digər texnologiyalar hansı smartfonların bir-birinə yaxın olduğunu müəyyənləşdirmək üçün istifadə olunur. Mobil  tətbiq  istifadəçiləri arasındakı qarşılıqlı əlaqə haqqında məlumat – əlaqə tarixi, müəyyən bir müddət (15 dəqiqədən çox) və məsafə olması halları (2 metrdən az), şifrələnmiş, yerli olaraq hər iki istifadəçinin tətbiqində saxlanılır. Hər hansı bir insana COVID-19 diaqnozu qoyulubsa, son bir neçə gün ərzində sözü gedən təsdiqlənmiş  halla  kontaktda olan  o şəxslər ,mobil tətbiq vasitəsi ilə    özlərini  təcrid etmək  və dərhal müvafiq orqanlara müraciət etmək barədə xəbərdarlıq,  təlimat alacaqlar  .

Mobil tətbiq   Avstriya şirkəti tərəfindən hazırlanıb və lisenziya haqqı ödəmədən müxtəlif ölkələrin hökumətləri  üçün əlçatan  oldu.  Mobil  tətbiq Gürcüstan reallıqlarına və qanunvericiliyinə tam uyğunlaşdırıldı.

Mobil tətbiqin oxşar modeli uğurla tətbiq olunub və  bir sıra ölkələr tərəfindən  istifadə olunub.Bunlar sırasına Yaponiya, Cənubi Koreya,Sinqapur və s.daxildir

Android istifadəçiləri – https://bit.ly/3bkYphX  linki vasitəsi ilə  mobil tətbiqi yaza bilərlər

İOS istifadəçiləri – https://apple.co/2V92MXw  linki vasitəsi ilə mobil tətbiqi  yaza bilərlər

#StopCoV #COVID19

 

Müəllif – Sevinc Mustafayeva