“Sokar” Sloveniyaya qaz tədarük etməyə başladı
“Sokar” Sloveniyaya qaz tədarük etməyə başladı

Azərbaycanın dövlət neft şirkəti “Sokar” Sloveniyaya qaz tədarük etməyə başlayıb.

Şirkətin yaydığı məlumatda bildirilir ki, qazın verilməsinə iyulun 17-də imzalanmış anlaşma memorandumunun imzalanmasından sonra başlanılıb.

Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyadan sonra Sloveniya Azərbaycanın təbii qaz tədarük edəcəyi 9-cu ölkə olub.

Hesabatlara görə, 2023-cü ildə Azərbaycan 23,8 milyard kubmetr qaz ixrac edib.