Sinoptiklər 26 apreldən 28 aprelə qədər Gürcüstanda yağış proqnoz edirlər
Sinoptiklər 26 apreldən 28 aprelə qədər Gürcüstanda yağış proqnoz edirlər

26 apreldən 28 aprelə qədər Gürcüstanda vaxtaşırı yağış, bəzi yerlərdə güclü, şimşək, dolu, güclü külək, dənizdə 3-4 ballıq fırtına gözlənilir. Məlumatı Ətraf Mühitin Milli Agentliyi yayır.

“Gözlənilən güclü yağış və qar, Gürcüstanda kiçik çaylarda suyun səviyyəsinin artmasına, ölkənin dağlıq zonalarında qar uçqunlarının formalaşmasına səbəb olması mümkündür”, – Ətraf Mühitin Milli Agentliyinin məlumatında deyilir.