Şimali Koreyada daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib
Şimali Koreyada daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib

Şiddətli yağışlar nəticəsində Şimali Koreyada dörd mindən çox evi su basıb.

Təbii fəlakət Sinuiju şəhəri və Pxenyan əyalətinin Çinlə həmsərhəd olan Veyju rayonunda baş verib.

Şimali Koreya hökuməti fövqəladə vəziyyət elan edib.

Ölkə lideri Kim Çen In da fəlakət zonasına gəlib.

3000 hektara yaxın kənd təsərrüfatı sahəsi, bir çox ictimai bina, obyekt və yollar da su altında qalıb.

Su basmış ərazilərdən 4200-dən çox Şimali Koreya vətəndaşı təxliyə edilib.

Koreya yarımadasında iyul musson mövsümüdür. Son günlər Çində 12 nəfərin ölümünə səbəb olan tropik fırtına bölgəni vurub.