Şimali Atlantika Şurası Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsini dəstəkləyib
Şimali Atlantika Şurası Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsini dəstəkləyib

Şimali Atlantika Şurası Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsi barədə qərar qəbul edib.

Rutte Yens Stoltenberqi əvəz edəcək.

Mark Rutte 2010-cu ildən Hollandiyanın baş naziridir.

Rutte alyansın baş katibi vəzifəsini oktyabrın 1-də, Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra icra edəcək.

Yens Stoltenberq on il Şimali Atlantika Alyansının baş katibi vəzifəsini tutub.