Silknet və Geocell rəsmi olaraq birləşdilər
Silknet və Geocell rəsmi olaraq birləşdilər

SilknetGeocell rəsmi olaraq, birləşdilər.

Birləşmənin detalları ilə bağlı bugün mətbuat konfransı keçirildi.

Silknet Geocell-in 100%-lik sahibi oldu.

Şirkətlər arasındaki razılaşma 153 milyon dollar təşkil edir.

Silknetin məlumatına görə, yaxın gələcəkdə 500 milyon lariyə qədər investisiyanın həyata keçirilməsi planlaşdırılır, hansı ki, yeni texnologiyaların və telekomunikasiya servislərinin inkişafı üçün istifadə ediləcək.

 

Bugünki mətbuat konfransında İqtisadiyyat naziri Dimitri Kumsişvili, Maliyyə naziri Mamuka Baxtadze, TBC Bank və Komunikasiyaların Milli Komisiyasının nümayəndələri iştirak etdilər.