Sergey Lavrov - Ümid edirik ki, Abxaziya tərəfi ilə üzərində iş aparılan sənədlər vaxtında razılaşdırılacaq
Sergey Lavrov - Ümid edirik ki, Abxaziya tərəfi ilə üzərində iş aparılan sənədlər vaxtında razılaşdırılacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov işğal olunmuş Abxaziyanın xarici işlər naziri Sergey Şambanı Abxaziyanın “Qələbə və Müstəqillik Günü” münasibətilə təbrik edib.

Lavrovun və Şambanın görüşü Moskvada keçirilib.

“Biz Abxaziyaya sosial-iqtisadi inkişafda kömək etməyə davam edəcəyik. Sazişlərə uyğun olaraq, biz Abxaziya Respublikasının təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi sahəsində əməkdaşlığı davam etdirəcəyik”, – Lavrov bildirib.

Sergey Lavrov Rusiya və Abxaziyanın Suriya və Nikaraquadakı diplomatik nümayəndəliklərinin gündəlik koordinasiyasını da qeyd edib.

“Bizim Cenevrədə Cənubi Qafqaz müzakirələri ilə bağlı prinsipial mövqelərimiz var və biz reallıqların tanınması, o cümlədən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması əsasında bu bölgədə təhlükəsizliyi və sabitliyi etibarlı şəkildə təmin edən razılaşmaları təşviq edirik”, – Rusiya XİN naziri bildirib.

İşğal olunmuş Abxaziyanın parlamenti tərəfindən “İqtisadi işlər üzrə məhkəmə arbitraj qərarlarının tanınması və icrası” sazişinin ratifikasiyası barədə danışan Lavrov “üzerində işlənən qalan sənədlərin də vaxtında razılaşdırılacağına” ümid etdiyini bildirib.

Məlumat üçün bildirək ki, Rusiya mübahisəli qanun layihələrinin təsdiqini tələb edərək sentyabrın 1-dən işğal altındakı Abxaziyaya maliyyəni dayandırıb.