Serqey Lavrov - Çin Rusiya və Ukraynanın iştirak edəcəyi sülh konfransı təşkil edə bilər
Serqey Lavrov - Çin Rusiya və Ukraynanın iştirak edəcəyi sülh konfransı təşkil edə bilər

 
Çin Rusiya və Ukraynanın iştirak edəcəyi sülh konfransı təşkil edə bilər-bu haqda Rusiyanın xarici işlər naziri Serqey Lavrov açıqlayıb.

Lavrov bildirib ki, belə bir addım Pekinin Ukrayna böhranını həll etmək səylərinin davamı olacaq.

“Biz Çinin, ilk növbədə münaqişənin əsas səbəblərinin müzakirə edilməsi, bütün tərəflərin hüquqi maraqlarının təhlükəsizliyin bərabər və bölünməz prinsipinə əsaslanan gələcək sazişlər vasitəsilə qorunmasına dair mövqeyini bölüşürük. İcazənizlə bir daha xüsusilə vurğulayım ki, bu, orada yaşayan insanların iradəsini əks etdirən bölgədəki reallığa hörmət etməyi nəzərdə tutur” – Lavrov açıqlayıb.

Lavrov ABŞ-ı Ukraynaya yardım etdiyinə görə tənqid edib və Vaşinqtonun “Kiyev rejiminin cinayətlərinə şərik olduğunu” bildirib.

“Onlar bizə deməyə çalışırlar ki, Ukraynada ABŞ və NATO-nu heç nə dayandıra bilməz. Buna baxmayaraq, ümid edirik ki, qeyri-strateji nüvə silahlarından istifadə üzrə hazırda keçirilən Rusiya-Belarus təlimləri rəqiblərimizi düşündürəcək və sonrakı nüvə eskalasiyasının fəlakətli nəticələrini onlara xatırladacaq”- Lavrov açıqlayıb.