Serbiyada anomal isti səbəbindən tarixdə ilk dəfə olaraq göl qurudu
Serbiyada anomal isti səbəbindən tarixdə ilk dəfə olaraq göl qurudu

Serbiyada anomal isti səbəbindən tarixdə ilk dəfə olaraq göl qurudu.

Cari həftədə Baltikyanı ölkələrdə rekord dərəcədə yüksək temperatur qeydə alındı. Xorvatiya, Monteneqro və Şimali Makedoniyada havanın temperaturu 39 dərəcəyə çatır. Serbiyanın şimalında, Voyvodinanın Şimali vilayətində istilər səbəbindən müalicəvi palçığı ilə tanınan Rusanda duz gölü tarixdə ilk dəfə olaraq qurudu.

Serbiyanın İctimai Səhiyyə İnstitutu güclü isti səbəbindən on munisipalitetdə təhlükəli vəziyyət elan etdi. İyulun 16-da Serbiyanın paytaxtı Belqradda ən isti gün oldu – havanın temperaturu 38,4 dərəcəyə çatdı. Adriatik dənizində suyun temperaturu 29,5 dərəcə ilə rekord həddə idi.