Senatda və Nümayəndələr Palatasındakı Demokratların liderləri - Çak Şumer və Hakim Ceffris partiyanın prezidentliyə namizədi kimi Kamala Harrisin irəli sürülməsini dəstəkləyirlər
Senatda və Nümayəndələr Palatasındakı Demokratların liderləri - Çak Şumer və Hakim Ceffris partiyanın prezidentliyə namizədi kimi Kamala Harrisin irəli sürülməsini dəstəkləyirlər

ABŞ Konqresinin iki Demokrat lideri vitse-prezident Kamala Harrisin partiyalarının prezidentliyə namizədi olması ideyasını dəstəkləyib.

Bu qərarı Senatdakı Demokratlar Partiyasının lideri Çak Şumer və Nümayəndələr Palatasındakı “Demokratlar”ın lideri Hakim Ceffris jurnalistlərə açıqlamasında bildirib.

Çak Şumerin fikrincə, Kamala Harris Donald Trampı məğlub edərək Amerikanın növbəti prezidenti ola biləcək.

“Kamala Harris partiyamızın dəstəyini qazanmaq üçün çalışacağını söylədi və bunu tez etdi. “Vitse-prezident Harris həqiqətən təsir edici bir iş gördü.” – Senatdakı Demokratlar Partiyasının lideri Çak Şumer bildirib.