Şarl Mişel - Gürcü xalqı gələcəyini Avropa İttifaqında aydın şəkildə seçib, biz onların ambisiyalarını dəstəkləmək üçün hər şeyi edəcəyik, bu səbəblə Gürcüstanı Avropa Şurasının gündəliyinə əlavə edəcəm
Gürcü xalqı gələcəyini Avropa İttifaqında aydın şəkildə seçib, biz onların ambisiyalarını dəstəkləmək üçün hər şeyi edəcəyik. Bu səbəblə Gürcüstanı Avropa Şurasının gündəliyinə əlavə edəcəm-bu haqda Avropa Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkədə yazır.
“Avropa Şurası Gürcüstanın müvafiq addımlar atacağını və lazımi demokratik islahatlar aparacağını nəzərə alaraq, dekabrda Gürcüstana namizəd statusunun verilməsi haqda qərar qəbul etdi. Parlamentdə şəffaflıq qanununun qəbulu geriyə atılmış addımdır və Avropa İttifaqına gedən yoldan Gürcüstanı daha da uzaqlaşdırır. Gürcü xalqı gələcəyini Avropa İttifaqında aydın şəkildə seçib, biz onların ambisiyalarını dəstəkləmək üçün hər şeyi edəcəyik. Bu səbəblə Gürcüstanı Avropa Şurasının gündəliyinə əlavə edəcəm” – Şarl Mişel bildirir.