Şarl Mişel - Avropa Şurasının sədri olan ölkənin Avropa İttifaqı adından Rusiya ilə əlaqə qurmaq mandatı yoxdur
Şarl Mişel - Avropa Şurasının sədri olan ölkənin Avropa İttifaqı adından Rusiya ilə əlaqə qurmaq mandatı yoxdur

 
Avropa Şurasının sədri olan ölkənin Avropa İttifaqı adından Rusiya ilə əlaqə qurmaq mandatı yoxdur-bu haqda Avropa Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkədə yazır.

“Avropa Şurasının mövqeyi aydındır: Rusiya təcavüzkar, Ukrayna isə qurbandır. Ukraynasız Ukrayna haqqında müzakirə ola bilməz”-Mişel yazır.

Mediada yayılmış məlumatda, Macarıstanın Baş naziri Viktor Orbanın sabah Moskvaya gedəcəyi deyilir. Medianın məlumatında, onunla birlikdə Macarıstanın xarici işlər naziri Piter Siiartonun da Rusiyanın paytaxtına gedəcəyi deyilir.