Samtredianın Hərarət Mərkəzində iki pasiyent tədqiq olunub,onların heç birinin koronavirusa yoluxması təsdiqlənməyib
Samtredianın Hərarət Mərkəzində laboratoriyadan iki pasiyentin analiz cavabını alıblar və hər iki cavab mənfidir-bu barədə Gürcüstanın Birinci Kanalına tibb müəssisəsinin inzibati şöbəsinin direktoru,Lela Xurtsidze bildirib.
Onun verdiyi məlumata görə, ötən 24 saat ərzində stasionara qızdırma simptomları ilə 4 pasiyent qəbul ediblər. Onlardan analizlər götürərək, laboratoriyaya göndəriblər.
Bu vaxt üçün Gürcüstanda rəsmi məlumatlara əsasən,koronavirusa 723 yoluxma halı təsdiqlənib,onlardan 495 pasiyent sağalıb,12-si isə dünyasını dəyişib.
Hazırladı-Sevinc Mustafayeva