Samanta Pauer - Ermənistan Azərbaycanla onilliklər boyunca davam edən münaqişəyə son qoya biləcək sülh sazişinə yaxındır
Samanta Pauer - Ermənistan Azərbaycanla onilliklər boyunca davam edən münaqişəyə son qoya biləcək sülh sazişinə yaxındır

Ermənistan Azərbaycanla onilliklər boyunca davam edən münaqişəyə son qoya biləcək sülh sazişinə yaxındır, – bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvanda keçirilən brifinqdə bildirdi.

Pauer qeyd etdi ki, ABŞ Ermənistanın bu tarixi məqamdan yararlanması üçün əlindən gələni edəcək.

“ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Birləşmiş ştatlar Ermənistana demokratiyasını gücləndirməyə və Azərbaycanla sülh əldə etməyə kömək etməyə hazırdır. Mən bu gün buradayam, çünki Ermənistan firavanlığa, öz demokratiyasını möhkəmləndirməyə və xalqın uzun zamandır arzuladığı sülhə nail olmaq imkanına malikdir. ABŞ Ermənistana bu fürsətdən maksimum yararlanmağa kömək etməyə hazırdır. Sülhün faydası həmçinin, Azərbaycan xalqı üçün də əhəmiyyətli olacaqdır. Son sorğuya əsasən, sülh gündəmi istiqamətində də geniş dəstək var”, – Samanta Pauer bildirib.