Şalva Papuaşvili "Xarici təsirin şəffaflığı haqqında" qanunu imzalayıb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.
Papuaşvilinin dediyi kimi, bu qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin kənar müdaxilələrə qarşı dayanıqlığını möhkəmləndirməyə xidmət edir.
“Qanunun yanaşması sadə və aydındır. Əgər qeyri-hökumət təşkilatları və media xarici hökumətlərin maliyyəsi ilə qərarların qəbulu prosesində iştirak etmək və gürcü xalqının həyatına təsir etmək istəyirsə, minimum şəffaflıq standartına cavab verməlidirlər – əhali hər bir oyunçunun arxasında kimin dayandığını bilməlidir. Bu, dövlət təsisatları, siyasi partiyalar və dövlət qulluqçuları halında belədir və xaricdən maliyyələşən təşkilatlar halında da belə olmalıdır.
Dediyimiz kimi, qanun özünün birbaşa məqsədi ilə yanaşı, başqa məqsədlərə də nail olacaqdı. Müzakirələrin iki ay davam edən prosesi bunu təsdiqlədi. Proses bizə bir daha göstərdi ki, radikal müxalifət başqa ölkələrin maraqlarını gürcü xalqının milli maraqlarından üstün tutur. Onlar milli maraqları başqa ölkələrin siyasətçilərinin alqışları ilə, müstəqilliyi isə itaətkarlıqla qarışdırırlar. Hakimiyyətdə olanda belə idilər, müxalifətdə də belə qalıblar.
Bundan başqa, iki ay ərzində təhdid, şantaj, qanunun damğalanmasına, xalqın seçdiyi hakimiyyətə qarşı aksiyada xarici ölkələrin nazirlərinə, Maydanın kənardan yada salındığına, estetikasının daxildən kopyalandığına şahid olduq. Yəni qeyri-Avropa və təbiətinə görə sovet stili olan hər şeyin şahidi olduq. Bütün bunlar gürcü xalqının onların həyatına təsir etmək üçün ölkəsinə daxil olan pul haqqında daha çox bilmək istəyini ifadə etdiyinə görə baş verir. Bu səbəbdən, heç bir xarici dövlət, heç bir xarici donor, xaricdən maliyyələşən heç bir qeyri-hökumət təşkilatının ortaya çıxaraq, gürcü xalqına qarşı fəaliyyətinin şəffaflığı öhdəliyini könüllü olaraq boynuna götürməyə hazır olduğunu deməməsi qışqırıqla boğulan bu müzakirədə yəqin ən məyusedici məqam idi. Bu, xalqımıza bir daha göstərdi ki, qalan hər şey sadəcə bəhanədir, əslində isə etirazın məqsədi xarici pulu xalqdan gizli şəkildə xərcləmək imtiyazını qorumaqdır.
Şəffaflıq haqqında qanunun gəlirlərinin 20%-dən çoxu xarici maliyyənın payına düşən təşkilatların ildə bir dəfə öz maliyyələrini bəyan etmək kimi yeganə sadə öhdəliyi müəyyən etməsi fonunda bu apokaliptik mənzərəni çəkirdilər. Bu, təyin edilə biləcək ən minimal öhdəlikdir. Dünya miqyasında heç bir hüquq sistemində şəffaflıqla bağlı bundan daha az öhdəlik yoxdur. Biz görürük ki, zaman keçdikcə dezinformasiyanın yaratdığı bütün miflər dağıldı, emosiyalar səngidi və radikal müxalifətin etirazına qoşulan vətəndaşların çoxu artıq gördü ki, əslində şəffaflıq qanunu qeyri-hökumət təşkilatlarının və onların maliyyəçilərinin məsuliyyətini və hesabatlılığını artıracaq, siyasi sistemi sağlamlaşdıracaq, dezinformasiyanı zəiflədəcək, radikalizmi və qütbləşməni azaldacaq. Və ən əsası vətəndaşa, xaricdən daxil olan maliyyənin təkcə donorun və onun maliyyələşdirdiyi təşkilatın maraqlarına uyğun deyil, onun maraqlarına uyğun istifadə olunması üçün təsir vasitəsi verəcək.
Sonda, bir daha öz müdrikliyini nümayiş etdirən, yalan və nifrət selinə uymayan, daxildə və xaricdə hamıya yalnız bir tərəfin – Gürcüstan tərəfinin və Gürcüstanın tərəfində olmaq kimi bir seçimin olduğunu göstərən gürcü xalqına təşəkkür etmək istəyirəm”- Papuaşvili açıqlayıb.
Gürcüstanın Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub. Parlament mayın 28-də prezidentin qanuna qoyduğu vetonu dəf edib.