Şalva Papuaşvili - İstənilən kontekstdə, istənilən halda, qətl cəhdindən bəhs edilməsi şokedicidir
Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili istənilən kontekstdə qətl cəhdindən bəhs edilməsinin şokedici olduğunu bildirib.
Şalva Papuaşvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatına münasibət bildirib.
“Bu barədə məni baş nazir məlumatlandırdı. Qətl cəhdini bu kontekstə daxil etmək həqiqətən şokedicidir. İstənilən halda, hansısa kontekstdə bu faktdan bəhs edilməsi şokedicidir. Əlavə şərh verə bilmərəm” – deyə Papuaşvili açıqlayıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün bəyanat yayıb və bəyanatda deyilir: “Uzunmüddətli şantaj fonunda belə Avropa komissarlarından biri ilə telefon danışığı zamanı “Fitsonun başına nə gəldiyini gördünüz, elə deyilmi ? və olduqca ehtiyyatlı olmalısınız” deyə səslənən təhdid şokedicidir”.
“Uzunmüddətli şantaj fonunda belə Avropa komissarlarından biri ilə telefon danışığı zamanı səslənən təhdid şokedicidir. Belə ki, Avropa komissarı mənimlə söhbətində qərbli siyasətçilərin şəffaflıq qanununa qoyulmuş vetonun aşılmasından sonra qəbul edə biləcəyi bir sıra tədbirləri sadaladı və bu tədbirləri sadalayarkən “Fitsonun başına nə gəldiyini gördünüz, elə deyilmi ? və olduqca ehtiyyatlı olmalısınız” dedi.
Şəffaflıq haqqında qanunla əlaqəli təhdid kontekstində bir neçə gün əvvəl terror hücumunun hədəfinə çevrilmiş və indi də müalicə edilən Slovakiyanın Baş nazirindən bəhs etmələri bizim üçün son dərəcə narahatedicidir” –baş nazirin bəyanatında qeyd olunub.