Şalva Papuaşvili - Daxildən və xaricdən mütəşəkkil şəkildə gələn dezinformasiya tufanına uymayan, bir daha müdrikliyini göstərən gürcü xalqına təşəkkür edirəm
Şalva Papuaşvili - Daxildən və xaricdən mütəşəkkil şəkildə gələn dezinformasiya tufanına uymayan, bir daha müdrikliyini göstərən gürcü xalqına təşəkkür edirəm

 
Bu iki aylıq dastan boyunca daxildən və xaricdən mütəşəkkil şəkildə gələn dezinformasiya tufanına uymayan, bir daha müdrikliyini göstərən, ölkəmizin müstəqilliyi və suverenliyinə öz dəstəyini təsdiqləyən gürcü xalqına təşəkkür etmək istəyirəm- bu haqda Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili deyib.

O bildirib ki, “Xarici təsirin şəffaflığı” qanununu dəstəkləyənlər, Gürcüstanda xarici pulun şəffaflığını dəstəkləyiblər.

“Son iki ay ərzində müzakirələrdə iştirak etdiyinə və sonda, bu qanuna dəstəyini təsdiqləyən parlamentin hər bir üzvünə, o cümlədən “Sosialistlər” siyasi qrupuna təşəkkür etmək istəyirəm. Həmçinin, bu iki aylıq dastan boyunca daxildən və xaricdən mütəşəkkil şəkildə gələn dezinformasiya tufanına uymayan, bir daha müdrikliyini göstərən, ölkəmizin müstəqilliyi və suverenliyinə öz dəstəyini təsdiqləyən gürcü xalqına təşəkkür etmək istəyirəm. Bu qanun öz adındaca məqsədin nə olduğunu bildirir, ona dəstəyini bildirənlərin nəyi dəstəklədiyini, dəstəkləməyənlərin nəyə qarşı çıxdığını göstərir. Bu qanuna dəstəyini bildirənlər ölkəmizə xarici pulla təsirin aydın və şəffaf olmasını dəstəklədilər, dəstəkləməyənlər isə bütün bunların aydın və şəffaf olmasına qarşı çıxdılar” – Papuaşvili açıqlayıb.