Şalva Papuaşvili - Biz gürcü xalqının mandat verdiyi hakimiyyətik və gürcü xalqının hakimiyyəti heç vaxt xarici ölkənin təhdidi altında hərəkət etməyəcək
Biz gürcü xalqının mandat verdiyi hakimiyyətik və gürcü xalqının hakimiyyəti heç vaxt xarici ölkənin təhdidi altında hərəkət etməyəcək-bu haqda Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili brifinqdə jurnalistlərə açıqlayıb.
Papuaşvilinin sözlərinə əsasən, bir şey aydındır ki, demokratik yolla seçilmiş hakimiyyət xarici ölkənin təhdidi altında hərəkət edə bilməz.
“Bu halda biz gürcü xalqının hakimiyyəti deyil, başqa xalqların və başqa ölkələrin təyin olunmuş hakimiyyəti olardıq. Biz gürcü xalqının mandat verdiyi hakimiyyətik və gürcü xalqının hakimiyyəti heç vaxt xarici ölkənin təhdidi altında hərəkət etməyəcək”- Şalva Papuaşvili açıqlayıb.