Şalva Papuaşvili - Biz qəyyum yox, tərəfdaş axtarırıq
Şalva Papuaşvili - Biz qəyyum yox, tərəfdaş axtarırıq

 
Strateji tərəfdaşlıq belə deyil, biz qəyyum yox, tərəfdaş axtarırıq. Münasibətlərin yenidən başlaması üçün səmimiyyət və xoş niyyət lazımdır – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Papuaşvilinin qeyd etdiyi kimi, gürcü xalqına, hakimiyyətə qarşı saxta ittihamların dayandırılması vacibdir.

“Kimsə bizə qəyyumluq etmək və lazım bildiyi istiqamətə yönəltmək istəyirsə, belə alınmayacaq. Bizim 3000 illik dövlət tariximiz belə işləmir. Təəssüf ki, tariximiz boyunca bir çox böyük dövlətlər Gürcüstana münasibətdə eyni səhvə yol veriblər, çoxları bizim dostluğumuzu ayaq altı kimi başa düşüblər və öz maraqlarını zorla üzərimizə ata biləcəklərini düşünüblər. Dəfələrlə dedik ki, münasibətlərin yenidən başlaması üçün münasibətlərdə səmimiyyət və xoş niyyət lazımdır. Gürcü xalqına və onun hakimiyyətinə qarşı saxta ittihamların və narativlərin dayandırılması vacibdir. Bir tərəfdən tərəfdaşlıq üçün hər şeyi etməyimiz və buna cavab olaraq polislərimiz barəsində saxta ittihamlar irəli sürülməsi və hətta bizi sübut təqdim etməyə belə layiq görməmələri bu şəkildə davam edə bilməz. Hakimlərlə əlaqədar viza məhdudiyyətləri yadınızdadır. O vaxtkı səfirlə söhbətim indi də yadımdadır, dəlilin nə olduğunu soruşanda mətbuatda dəlillər haqqında oxuduğunu deməsi hörmətsizlikdir. Bu cür münasibət olmaz, dünyanın bizə ehtiyac duyulan istənilən yerində hamıya göstərdiyimiz strateji tərəfdaşlıq bu deyil. Bu, bizim dostlarımıza və tərəfdaşlarımıza gürcü yanaşmamızdır və biz istəyirik ki, başqaları da belə münasibət göstərsinlər” – Papuaşvili “İmedi Live”ın efirində bildirib.