Şalva Natelaşvili - Yenidən seçkilər olmadan Gürcüstanın iqtidarı olmayacaq və sülh zəmanətlərindən danışmağın mənası yoxdur
Şalva Natelaşvili - Yenidən seçkilər olmadan Gürcüstanın iqtidarı olmayacaq və sülh zəmanətlərindən danışmağın mənası yoxdur

Bizim mövqeyimiz alternativ, xalq parlamentinin yaradılmasıdır, bu mövzu müzakirə edilir, – bu barədə bəyanatı “Leyborist partiyasının” lideri Şalva Natelaşvili müxalifət toplantısı başa çatdıqdan sonra verdi.

Onun dediyinə görə, tək-partiyalı parlamentin formalaşması deməkdir ki, iqtidar üçün vaxt sayılıdır, etiraz aksiyaları isə, sadəcə olaraq, bu prosesi tezləşdirəcək.

“Bizi o yerə gətirməsinlər ki, onları kabinetdən zorla çıxardaq” – dedi Şalva Natelaşvili.

Onun dediyinə görə, daha öncə də Gürcüstanda inqilab müxalifətin parlamentə daxil olmamasından sonra baş verdi.

“Olma elə bilirsiniz ki, inqilar küçələrdə əlində tüfənglə qaçmaqdır? Xeyr. Xalqın etirazıdır və yenidən seçkilər keçirilməsə, sülh və sabitlikdən söz edilməməlidir” – dedi Natelaşvili.