Salome Zurabişvili öztəcridə keçdi
Salome Zurabişvili öztəcridə keçdi

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün öz təcridə keçdi.

Bu haqda məlumatı Gürcüstan prezidentinin administrasiyası yayır.

“Risklərin aradan qaldırılması məqsədi ilə, Gürcüstan prezidenti öztəcridə keçir. Koronavirusa qarşı vaksinasiya edilməsinə rəğmən, prezident öz təcridə keçməyə qərar verdi. Bu qərarın səbəbi isə, onun son günlərdə baş nazirlə ünsiyətdə olmasıdır.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvilidə bu gün koronavirus təsdiqləndi.