Salome Zurabişvili 13 məhkumu əfv edib
Salome Zurabişvili 13 məhkumu əfv edib

 
Gürcüstanın Prezidenti bu gün 13 məhkumu əfv edib. Bu haqda məlumatı Prezident Administrasiyası yayır.

Onların verdiyi məlumatına əsasən, 6 məhkum cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə şəklində müəyyən edilmiş cəzanın çəkilməmiş hissəsindən tam azad edilib, bir qadın məhkum da daxil olmaqla 5 məhkumun isə cəzaçəkmə müəssisəsində çəkməsi üçün qalan cəza müddəti azaldılıb.

Prezident Administrasiyasının məlumatına əsasən, əfv aktı cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan iki məhkuma da şamil edilib.