Saçxerenin Dağ Hazırlığı Məktəbində əsas və taktiki-texniki yay kursları başa çatıb
Saçxerenin Dağ Hazırlığı Məktəbində əsas və taktiki-texniki yay kursları başa çatıb

 
Polkovnik Besik Kutateladze adına Saçxerenin Dağ Hazırlığı Məktəbində kursların başa çatmasına həsr olunmuş mərasim keçirilib.

Amerikalı hərbi xidmətçilərin keçdiyi “Dağ hazırlığının yay əsas kursunun hərbi mütəxəssislərin hazırlıq proqramı” dağ-texniki hazırlığı əhatə edirdi. Gürcüstanın Müdafiə Qüvvələrinin Şərq Komandanlığının 1-ci piyada briqadasının 13-cü piyada batalyonunun şəxsi heyəti isə “Dağ hazırlığının yay taktiki-texniki hərbi mütəxəssislərin hazırlıq proqramı”nı başa vurub.

Məzunları Gürcüstanın müdafiə nazirinin müavini Paata Patiaşvili və Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidze təbrik ediblər. Onlar müdafiə qoşunlarında dağ istiqaməti və dağ təlimlərinin əhəmiyyətindən danışıblar; Onlar məktəb rəhbərliyinə və təlimatçılara fəaliyyətlərinə görə, eləcə də dağ məktəbinin inkişafına verdiyi töhfəyə görə beynəlxalq tərəfdaşlara təşəkkür ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar və döş nişanları təqdim edilib. Kursun başa çatması mərasimində Gürcüstanın Müdafiə Qüvvələrinin yüksək rütbəli hərbi xidmətçiləri, ABŞ-ın müdafiə attaşesi, polkovnik Cozef Bilbo və Amerika səfirliyinin Müdafiə Sahəsində Əməkdaşlıq Xidmətinin (ODC) nümayəndələri iştirak ediblər.