Səhiyyə Nazirliyi tibb tələbələri üçün təqaüd təyin edir
Səhiyyə Nazirliyi tibb tələbələri üçün təqaüd təyin edir

Səhiyyə Nazirliyi həkim peşəsinə yiyələnmək istəyən gənclər üçün stipendiya təyin edir.

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə, diplomdan sonra tibbi təhsil proqramı çərçivəsində, kvalifikasiya imtahanlarından sonra, tələbələrə stipendiya veriləcək.

Stipendiyaların məbləği imtahanların nəticəsindən asılı olaraq, reytinqə görə, müəyyən ediləcək. Qeyd olunanla bağlı, bəyanatı bugün Dövlət Universitetində həkim olmaq istəyən gənclərlə və qüvvədə olan rezidentlərlə keçirilən görüş zamanı Səhiyyə Naziri David Sergeenko verdi.

Sergeenkonun bəyanatına görə, bu, Səhiyyə Nazirliyi tərəfindən tələbələrin maliyyələşdirilmə proqramlarından biridir.

Səhiyyə Nazirliyi tərəfindən təyin edilən stipendiya müvəffəqiyyətli tibb tələbələrinin professiyonal inkişafının dəstəyini nəzərdə tutur.