"Rustavi Azot"-un administrasiyası etiraz edən işçilərə müəyyən təkliflər təqdim etdi
"Rustavi Azot"-un administrasiyası etiraz edən işçilərə müəyyən təkliflər təqdim etdi

“Rustavi Azot”-un administrasiyası etiraz edən işçilərə müəyyən təkliflər təqdim etdi.

Təkliflərin olduğu sənədi zavodun direktorunun birinci müavini Levan Burdiladze imzalayır.

“1000 laridən artıq maaşı olmayan əməkdaşların maaşların 250 lari ilə artacaq. 1000-dən 1500 lariyə qədər maaşı olanların maaşı 125 lari ilə artacaq.

Administrasiya etiraz edən işçilərin etiraz günlərdəki maaşını kəsməyəcək.

Həmçinin, administrasiya bütün işçilərə motivasiya premiyası olaraq, 50 lari köçürəcək”, – deyilir təklifdə.

Sənəddə deyilir ki şərtlər ancaq zavod bu gündən etibarən işləməyə davam etsə qüvvəyə minəcək.

Qeyd edilməlidir ki, ilk başda etiraz edən işçilər təklifləri qəbul etmədilər, ancaq daha sonra, təşəbbüs qrupu ilə bərabər təklifləri müzakirə edəcəyini bildirdilər.