Rustaveli teatrının qabağında "Gildia" adlı müstəqil professiyonal ittifaq etiraz aksiyası keçirir
Rustaveli teatrının qabağında "Gildia" adlı müstəqil professiyonal ittifaq etiraz aksiyası keçirir

Rustaveli teatrının qabağında “Gildia” adlı müstəqil professiyonal ittifaq “Sistemli dəyişikliklər zamanıdır” sloqanı ilə etiraz aksiyası keçirir.

Aksiya iştirakçıları bəyan edirlər ki, onlar zorakılığı və diskriminasiyayı qınayırlar.

Onlar aktrisa Ninutsa Makaşviliyi dəstəkləyirlər və istintaq orqanının dərhal hərəkətə keçməsini tələb edirlər.

Onların dediyinə görə, Ninutsa Makaşvili sabiq həyat yoldaşı, aktyor Beso Zanquri tərəfindən zorakılığa məruz qaldığı haqda danışdıqdan sonra, Rustaveli teatrının rəhbəri Robert Sturua qadınlar haqqında diskriminasiyalı bəyanatlar verdi. Onların etirazı konkret şəxslərə qarşı deyil, çünki problem sistemli xarakter daşıyır və buna qarşı müvafiq addımlar atılmalıdır.

Aksiya iştirakçıları Mədəniyyət Nazirliyinə müraciət etdilər: Teatrın içində, diskriminasiya və cinsi təzyiq və zorakılıqla bağlı qaydalar müəyyən edilsin və qaydaların pozulmasına qarşı icra edilən cəzalar sərtləşdirilsin.