Rusiyanın Yamal-Nenta Muxtar Dairəsindəki neft-qaz yataqlarından birində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Rusiyanın Yamal-Nenta Muxtar Dairəsindəki neft-qaz yataqlarından birində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Rusiyanın Yamal-Nenta Muxtar Dairəsində neft-qaz yataqlarından birində partlayış baş verib, 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə Rusiya mətbuatı vilayət prokurorluğuna istinadən xəbər verir.

Yatağın operatoru Rosneft-ə daxil olan Rospan International şirkətidir. Şirkət ölən və yaralananların podratçı təşkilatın işçiləri olduğunu, müəssisənin iki əməkdaşının da yaralandığını iddia edir.

İstintaq komitəsi faktla bağlı sənaye təhlükəsizliyi normalarının pozulması maddəsi ilə araşdırma aparır.